Müasir və çoxfunksiyalı bir məkan — həm kafe, həm də müxtəlif təlimlər, görüşlər və media layihələri üçün nəzərdə tutulmuş rahat bir mühit üçün SMM Mütəxəssisi axtarılır.
Vəzifələr:
- Brendin sosial media hesablarının gündəlik idarə olunması;
- Brendin tanıdılması və inkişafı üçün yaradıcı ideyaların hazırlanması;
- Foto və video çəkiliş proseslərində aktiv iştirak;
- Sosial media üçün kreativ kontentlərin hazırlanması;
- Blog yazılarının hazırlanması və paylaşılması;
- Sosial media trendlərinin izlənilməsi və tətbiqi;
- Digital brendinq prosesinin idarə olunması;
- Reklam və digital kampaniyaların planlaşdırılması və idarə olunması;
- Sosial media göstəricilərinin (metric) izlənilməsi və analiz edilməsi.
Namizədə tələblər:
- SMM sahəsində ən azı 2 il iş təcrübəsi;
- Güclü estetik baxış və vizual düşüncə;
- Foto və video çəkiliş bacarığı;
- Blog yazmaq və kreativ mətnlər hazırlamaq bacarığı;
- Sosial media platformalarının idarə olunması üzrə praktiki təcrübə;
- Digital brendinq və brendin onlayn idarə olunması üzrə anlayış;
- Sosial media metric-lərinin təhlili və nəticələrin qiymətləndirilməsi;
- Figma proqramı ilə işləmək bacarığı;
- Post, story və reels üçün kreativ ideyalar hazırlamaq bacarığı;
- Trendləri izləmək və onları brendə uyğun şəkildə tətbiq etmək;
- Yaradıcı düşüncə, operativlik və yüksək ünsiyyət bacarığı;
- Komandada işləmək və deadline-lara riayət etmək bacarığı.
Biz təklif edirik:
- Əməkhaqqı: 1700 AZN +Bonus;
- Yaradıcı və dinamik iş mühiti;
- Brendin digital inkişafında aktiv iştirak etmək imkanı.
Enerjili komanda ilə işləmək və öz ideyalarını həyata keçirmək istəyirsənsə —CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.