Korporativ satış və əməkdaşlıqlar üzrə menecer

  • Истекает 27 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Safa Cake komandamıza korporativ satış sahəsində təcrübəli, aktiv müştəri əlaqələri olan və yeni biznes imkanları yaratmağı bacaran peşəkar əməkdaş axtarırıq.

Əsas məqsəd: Şirkətlər, banklar, otellər, biznes mərkəzləri və digər korporativ müştərilərlə əməkdaşlıqlar qurmaq, Safa Cake-in korporativ satış istiqamətini inkişaf etdirmək.

Vəzifə öhdəlikləri

  • Yeni korporativ müştərilərin cəlb edilməsi;
  • Böyük və orta şirkətlərlə işgüzar görüşlərin keçirilməsi;
  • Şirkətlərin HR, satınalma və inzibati şöbələri ilə əməkdaşlıq əlaqələrinin qurulması;
  • Safa Cake məhsullarının və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
  • Gündəlik və müntəzəm şirniyyat, tort və desert sifarişlərinin əldə edilməsi;
  • Korporativ hədiyyə qutularının satışının təşkili;
  • Yeni il, Novruz, 8 Mart və digər xüsusi günlər üçün korporativ satışların inkişaf etdirilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
  • Müştəri bazasının yaradılması və idarə edilməsi;
  • Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
  • Satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması. 

Namizədə tələblər

  • B2B və korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Hazır korporativ müştəri əlaqələrinin və işgüzar əlaqələr şəbəkəsinin olması;
  • Yeni müştərilər cəlb etmək və satış bağlamaq bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
  • Danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq bacarığı;
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür.

İş şəraiti və təklifimiz

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: Tam iş günü;
  • Sabit əməkhaqqı: 1 000 AZN;
  • Satış nəticələrinə uyğun əlavə bonus və komissiya;
  • Peşəkar və inkişaf edən şirkətdə karyera imkanları.

Üstünlük veriləcək namizədlər

  • Otelçilik, catering, FMCG, qida istehsalı, distribütorluq və korporativ satış sahələrində çalışmış, şirkətlərlə hazır əlaqələri olan namizədlərə üstünlük veriləcək.

CV-nizi və korporativ satış sahəsində əvvəlki iş təcrübəniz və əldə etdiyiniz nəticələr barədə qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Əlaqə 0554142222

  • Daily0
  • Weekly477
  • Monthly1941