Safa Cake komandamıza korporativ satış sahəsində təcrübəli, aktiv müştəri əlaqələri olan və yeni biznes imkanları yaratmağı bacaran peşəkar əməkdaş axtarırıq.
Əsas məqsəd: Şirkətlər, banklar, otellər, biznes mərkəzləri və digər korporativ müştərilərlə əməkdaşlıqlar qurmaq, Safa Cake-in korporativ satış istiqamətini inkişaf etdirmək.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin cəlb edilməsi;
- Böyük və orta şirkətlərlə işgüzar görüşlərin keçirilməsi;
- Şirkətlərin HR, satınalma və inzibati şöbələri ilə əməkdaşlıq əlaqələrinin qurulması;
- Safa Cake məhsullarının və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
- Gündəlik və müntəzəm şirniyyat, tort və desert sifarişlərinin əldə edilməsi;
- Korporativ hədiyyə qutularının satışının təşkili;
- Yeni il, Novruz, 8 Mart və digər xüsusi günlər üçün korporativ satışların inkişaf etdirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Müştəri bazasının yaradılması və idarə edilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın təmin edilməsi;
- Satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.
Namizədə tələblər
- B2B və korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Hazır korporativ müştəri əlaqələrinin və işgüzar əlaqələr şəbəkəsinin olması;
- Yeni müştərilər cəlb etmək və satış bağlamaq bacarığı;
- Yüksək ünsiyyət və təqdimat qabiliyyəti;
- Danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq bacarığı;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
- MS Office və CRM sistemləri ilə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür.
İş şəraiti və təklifimiz
- İş yeri: Bakı şəhəri;
- İş rejimi: Tam iş günü;
- Sabit əməkhaqqı: 1 000 AZN;
- Satış nəticələrinə uyğun əlavə bonus və komissiya;
- Peşəkar və inkişaf edən şirkətdə karyera imkanları.
Üstünlük veriləcək namizədlər
- Otelçilik, catering, FMCG, qida istehsalı, distribütorluq və korporativ satış sahələrində çalışmış, şirkətlərlə hazır əlaqələri olan namizədlərə üstünlük veriləcək.
CV-nizi və korporativ satış sahəsində əvvəlki iş təcrübəniz və əldə etdiyiniz nəticələr barədə qısa məlumatı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə 0554142222