Safe Protection MMC Safe Protection MMC
  • 120

Safe Protection MMC

Biznes

Korporativ Satış və İdarəetmə üzrə Rəhbər

Korporativ Satış və İdarəetmə üzrə Rəhbər

  • Deadline 30 May 2026

Şirkətimizə satış və idarəetmə sahəsində təcrübəli Korporativ Satış və İdarəetmə üzrə Rəhbər axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət
  • B2B müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi
  • Mağaza (retail) satış proseslərinin ümumi koordinasiyası və performansın artırılması
  • Satış komandalarının idarə olunması, motivasiyası və peşəkar inkişafının təmin edilməsi
  • Satış planlarının hazırlanması və aylıq/illik hədəflərin yerinə yetirilməsinə nəzarət
  • Satış nəticələrinin mütəmadi təhlili, KPI-ların müəyyən olunması və optimallaşdırılması
  • Direktorla sıx əməkdaşlıq və mütəmadi hesabatlılığın təmin edilməsi, strateji qərarların icrasında iştirak
  • Şöbələrarası koordinasiyanın təmin edilməsi (satış, mağaza, anbar və s.)
  • Daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsi
  • Məhsul portfelinin və qiymət strategiyasının formalaşdırılmasında iştirak
  • Bazarın və rəqiblərin təhlili, yeni inkişaf və satış imkanlarının müəyyən edilməsi
  • Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinə nəzarət
  • Debitor borcların nəzarətdə saxlanılması və ödəniş intizamının təmin edilməsi

Namizədə tələblər:

  • Ali təhsil (biznesin idarə olunması, marketinq və ya oxşar sahə üzrə üstünlükdür)
  • Satış və ya idarəetmə sahəsində minimum 3-5 il iş təcrübəsi
  • İdarəetmə və komanda rəhbərliyi təcrübəsi mütləqdir
  • B2B satış proseslərini qurmaq və inkişaf etdirmək bacarığı
  • Analitik düşüncə və nəticəyönümlü yanaşma
  • Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Azərbaycan dili səlis, rus dili və ingilis dili üstünlükdür.
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı

İş şəraiti və təklif:

  • İş qrafiki: Həftə içi 09:00 – 18:00, Şənbə 10:00 – 14:00
  • Əmək haqqı: 1000–1200 AZN + (Bonus sistemi və artım imkanı)
  • Stabil və inkişaf edən şirkətdə uzunmüddətli əməkdaşlıq imkanı
  • Rəhbərliklə birbaşa işləmə və real təsir gücü olan vəzifə

CV-nizi Müraciət et düyməsində qeyd olunan formu dolduraraq “Korporativ Satış və İdarəetmə üzrə rəhbər” başlığı ilə göndərə bilərsiniz.

  • Daily17
  • Weekly562
  • Monthly129