Safe Protection MMC Safe Protection MMC
  • 107

Safe Protection MMC

Business

Korporativ Satış və İdarəetmə üzrə Rəhbər

Korporativ Satış və İdarəetmə üzrə Rəhbər

  • Deadline 30 May 2026

📌 Vakansiya: Korporativ Satış və İdarəetmə üzrə Rəhbər

Şirkət: Safe Protection MMC

 

Şirkətimizə satış və idarəetmə sahəsində təcrübəli Korporativ Satış və İdarəetmə üzrə Rəhbər axtarırıq.

 

Vəzifə öhdəlikləri:

 

* Korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət

* B2B müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi

* Mağaza (retail) satış proseslərinin ümumi koordinasiyası və performansın artırılması

* Satış komandalarının idarə olunması, motivasiyası və peşəkar inkişafının təmin edilməsi

* Satış planlarının hazırlanması və aylıq/illik hədəflərin yerinə yetirilməsinə nəzarət

* Satış nəticələrinin mütəmadi təhlili, KPI-ların müəyyən olunması və optimallaşdırılması

* Direktorla sıx əməkdaşlıq və mütəmadi hesabatlılığın təmin edilməsi, strateji qərarların icrasında iştirak

* Şöbələrarası koordinasiyanın təmin edilməsi (satış, mağaza, anbar və s.)

* Daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsi

* Məhsul portfelinin və qiymət strategiyasının formalaşdırılmasında iştirak

* Bazarın və rəqiblərin təhlili, yeni inkişaf və satış imkanlarının müəyyən edilməsi

* Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinə nəzarət

* Debitor borcların nəzarətdə saxlanılması və ödəniş intizamının təmin edilməsi

 

Namizədə tələblər:

 

* Ali təhsil (biznesin idarə olunması, marketinq və ya oxşar sahə üzrə üstünlükdür)

* Satış və ya idarəetmə sahəsində minimum 3-5 il iş təcrübəsi

* İdarəetmə və komanda rəhbərliyi təcrübəsi mütləqdir

* B2B satış proseslərini qurmaq və inkişaf etdirmək bacarığı

* Analitik düşüncə və nəticəyönümlü yanaşma

* Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı

* Azərbaycan dili səlis, rus dili və ingilis dili üstünlükdür.

* MS Office proqramlarında sərbəst işləmə bacarığı

 

İş şəraiti və təklif:

 

* İş qrafiki: Həftə içi 09:00 – 18:00, Şənbə 10:00 – 14:00

* Əmək haqqı: 1000–1200 AZN + (Bonus sistemi və artım imkanı)

* Stabil və inkişaf edən şirkətdə uzunmüddətli əməkdaşlıq imkanı

* Rəhbərliklə birbaşa işləmə və real təsir gücü olan vəzifə

 

📍 Safe Protection MMC

🌐 www.safeprotection.az

 

CV-nizi [email protected] ünvanına “Korporativ Satış və İdarəetmə üzrə rəhbər” başlığı ilə göndərə bilərsiniz.

  • Daily0
  • Weekly545
  • Monthly112