Şirkətimizə Korporativ Satış Mütəxəssisi vəzifəsi üzrə peşəkar və motivasiyalı əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
- Korporativ müştəri bazasının genişləndirilməsi, yeni B2B müştərilərin axtarışı və cəlb edilməsi
- Məhsul və xidmətlərin şirkətlərə peşəkar şəkildə təqdim edilməsi və satış prosesinin idarə olunması
- Təkliflərin, müqavilələrin və satışla bağlı sənədləşmə işlərinin hazırlanması
- Rəqiblərin araşdırılması və bazar trendlərinin təhlili
- Satış planının icrası və mütəmadi hesabatlılığın təmin edilməsi
Tələblər:
- Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi mütləqdir (təcrübəsi olmayan namizədlərin CV-lərinə baxılmayacaq)
- Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları
- Aktiv, təşəbbüskar, nəticəyönümlü və komanda işinə uyğun olmaq
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
İş şərtləri:
- Əmək haqqı: 700 AZN + satışdan 2% bonus
- İş qrafiki: I–V günlər 09:00–18:00, VI gün 10:00–14:00
Karyerasını satış sahəsində inkişaf etdirmək istəyən namizədlər CV-lərini “Korporativ Satış Mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.