Şirkətimizə satış və idarəetmə sahəsində təcrübəli Korporativ Satış və İdarəetmə üzrə Rəhbər axtarırıq.
Vəzifə öhdəlikləri:
- Korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət
- B2B müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə uzunmüddətli əlaqələrin inkişaf etdirilməsi
- Mağaza (retail) satış proseslərinin ümumi koordinasiyası və performansın artırılması
- Satış komandalarının idarə olunması, motivasiyası və peşəkar inkişafının təmin edilməsi
- Satış planlarının hazırlanması və aylıq/illik hədəflərin yerinə yetirilməsinə nəzarət
- Satış nəticələrinin mütəmadi təhlili, KPI-ların müəyyən olunması və optimallaşdırılması
- Direktorla sıx əməkdaşlıq və mütəmadi hesabatlılığın təmin edilməsi, strateji qərarların icrasında iştirak
- Şöbələrarası koordinasiyanın təmin edilməsi (satış, mağaza, anbar və s.)
- Daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsi
- Məhsul portfelinin və qiymət strategiyasının formalaşdırılmasında iştirak
- Bazarın və rəqiblərin təhlili, yeni inkişaf və satış imkanlarının müəyyən edilməsi
- Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinə nəzarət
- Debitor borcların nəzarətdə saxlanılması və ödəniş intizamının təmin edilməsi
Namizədə tələblər:
- Ali təhsil (biznesin idarə olunması, marketinq və ya oxşar sahə üzrə üstünlükdür)
- Satış və ya idarəetmə sahəsində minimum 3-5 il iş təcrübəsi
- İdarəetmə və komanda rəhbərliyi təcrübəsi mütləqdir
- B2B satış proseslərini qurmaq və inkişaf etdirmək bacarığı
- Analitik düşüncə və nəticəyönümlü yanaşma
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Azərbaycan dili səlis, rus dili və ingilis dili üstünlükdür.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
İş şəraiti və təklif:
- İş qrafiki: Həftə içi 09:00 – 18:00, Şənbə 10:00 – 14:00
- Əmək haqqı: 1000–1200 AZN + (Bonus sistemi və artım imkanı)
- Stabil və inkişaf edən şirkətdə uzunmüddətli əməkdaşlıq imkanı
- Rəhbərliklə birbaşa işləmə və real təsir gücü olan vəzifə
CV-nizi Müraciət et düyməsində qeyd olunan formu dolduraraq “Korporativ Satış və İdarəetmə üzrə rəhbər” başlığı ilə göndərə bilərsiniz.