“SAFETYEVER” şirkətində SƏTƏM departamentinin rəhbəri vakansiyası mövcuddur. Tələblər ilə bağlı ətraflı məlumat aşağıda qeyd olunmuşdur.
Əsas vəzifələr:
- Şirkətin SƏTƏM siyasətinin, strategiyasının və proqramlarının hazırlanmasına və icrasına rəhbərlik etmək
- Departamentin fəaliyyət planlarını (illik/rüblük) formalaşdırmaq və icrasına nəzarət etmək
- SƏTƏM üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması proseslərini idarə etmək
- İş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək və monitorinq sistemini təşkil etmək
- Qəza və insidentlərin araşdırılmasını təmin etmək, nəticələrə əsasən qabaqlayıcı tədbirlərin görülməsini təşkil etmək
- Daxili audit və yoxlamaların planlaşdırılması, uyğunsuzluqlar üzrə tədbirlərin icrasına nəzarət etmək
- Fövqəladə hallara hazırlıq planlarını təşkil etmək və mütəmadi sınaqların keçirilməsini təmin etmək
- SƏTƏM üzrə hesabatlılıq sistemini qurmaq, KPI göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək
- İşçilər və podratçılar üçün təlim və maarifləndirmə proqramlarının təşkilinə rəhbərlik etmək
- Dövlət qurumları ilə qarşılıqlı əlaqələri idarə etmək və yoxlamalarda şirkəti təmsil etmək
- SƏTƏM büdcəsinin planlaşdırılması və resursların səmərəli idarə olunmasını təmin etmək
- Şirkətdə təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş təşəbbüsləri həyata keçirmək
Tələblər:
- Mühəndislik üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə
- Aidiyyəti sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması
- İngilis dili biliyi üstünlükdür
- SƏTƏM üzrə təlimlərin təşkili və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması bacarığı
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə üzrə normativ biliklər
- Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik qanunvericiliyinə dair biliklər
- Analitik düşünmə, hesabatlılıq, KPI-ların idarə olunması və risk əsaslı qərarvermə bacarıqları
Əmək şəraiti:
- İş rejimi: 6 günlük
- İş yeri: Xırdalan
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək
Müraciət üçün:
Tələblərə uyğun gələn namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “SƏTƏM departamentinin rəhbəri” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.