Safetyever Safetyever
  • 339

Safetyever

Biznes

SƏTƏM departamentinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM departamentinin rəhbəri

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“SAFETYEVER” şirkətində SƏTƏM departamentinin rəhbəri vakansiyası mövcuddur. Tələblər ilə bağlı ətraflı məlumat aşağıda qeyd olunmuşdur.

Əsas vəzifələr:

  • Şirkətin SƏTƏM siyasətinin, strategiyasının və proqramlarının hazırlanmasına və icrasına rəhbərlik etmək 
  • Departamentin fəaliyyət planlarını (illik/rüblük) formalaşdırmaq və icrasına nəzarət etmək 
  • SƏTƏM üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması proseslərini idarə etmək 
  • İş yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək və monitorinq sistemini təşkil etmək 
  • Qəza və insidentlərin araşdırılmasını təmin etmək, nəticələrə əsasən qabaqlayıcı tədbirlərin görülməsini təşkil etmək 
  • Daxili audit və yoxlamaların planlaşdırılması, uyğunsuzluqlar üzrə tədbirlərin icrasına nəzarət etmək 
  • Fövqəladə hallara hazırlıq planlarını təşkil etmək və mütəmadi sınaqların keçirilməsini təmin etmək 
  • SƏTƏM üzrə hesabatlılıq sistemini qurmaq, KPI göstəricilərini təhlil etmək və rəhbərliyə təqdim etmək 
  • İşçilər və podratçılar üçün təlim və maarifləndirmə proqramlarının təşkilinə rəhbərlik etmək 
  • Dövlət qurumları ilə qarşılıqlı əlaqələri idarə etmək və yoxlamalarda şirkəti təmsil etmək 
  • SƏTƏM büdcəsinin planlaşdırılması və resursların səmərəli idarə olunmasını təmin etmək 
  • Şirkətdə təhlükəsizlik mədəniyyətinin inkişafına yönəlmiş təşəbbüsləri həyata keçirmək 

Tələblər:

  • Mühəndislik üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 3 il təcrübə
  • Aidiyyəti sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması
  • İngilis dili biliyi üstünlükdür
  • SƏTƏM üzrə təlimlərin təşkili və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması bacarığı
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə üzrə normativ biliklər
  • Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik qanunvericiliyinə dair biliklər
  • Analitik düşünmə, hesabatlılıq, KPI-ların idarə olunması və risk əsaslı qərarvermə bacarıqları

Əmək şəraiti:

  • İş rejimi: 6 günlük
  • İş yeri: Xırdalan
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək

Müraciət üçün:

Tələblərə uyğun gələn namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “SƏTƏM departamentinin rəhbəri” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.

  • Daily0
  • Weekly297
  • Monthly122