“SAFETYEVER” şirkətində SƏTƏM üzrə koordinator vakansiyası üzrə işçi tələb olunur.
Əsas vəzifələr:
- Bütün fəaliyyətlər üzrə sahədə SƏTƏM dəstəyi və tövsiyələrin verilməsi
- Layihələrdə SƏTƏM əməkdaşlarının gündəlik fəaliyyətinin koordinasiya edilməsi
- Yerli qanunvericilik üzrə SƏTƏM tələblərinə uyğunluğun təmin edilməsi
- Müqavilə üzrə SƏTƏM tələblərinə uyğunluğun təmin edilməsi
- Əməliyyat proseslərinin təhlükəsiz şəkildə hazırlanması və icrasına dəstəyin verilməsi
- Şirkətin siyasət və prosedurlarının icrasına nəzarətin edilməsi
- Komandaların yüksək SƏTƏM göstəricilərinə nail olmasına kömək etmək ( Performansın ölçülməsi )
- Təkmilləşdirmə sahələrin müəyyən edilməsi və məqsədlərin formalaşdırılmasına dəstəyin verilməsi
- SƏTƏM üzrə aylıq KPİ göstəricilərinə dair hesabatın təqdim edilməsi
- Komandalara təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsində köməyin göstərilməsi
- Risklərin ALARP səviyyəsinə qədər azaldılması üçün nəzarət tədbirlərinin tətbiqinə dəstəyin göstərilməsi
- Təhlükəsiz iş mədəniyyətinin formalaşdırılmasına töhfənin verilməsi
- Audit planına uyğun olaraq yoxlamalar və inspeksiyaların keçirilməsi
- Hadisə və “Near Miss” araşdırmalarının düzgün aparılmasına nəzarətin təmin edilməsi
- Hesabat və fəaliyyət izləmə sistemlərində daxil edilən məlumatların keyfiyyətinə nəzarət edilməsi
Tələblər:
- Mühəndislik üzrə ali təhsil
- Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi
- Aidiyyəti sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, istehsalat sanitariyası və yanğından mühafizə üzrə normativ biliklər
- Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik qanunvericiliyinə dair biliklər
- Analitik düşünmə, hesabatlılıq, KPI-ların idarə olunması
Əmək şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Xırdalan
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən ediləcək
Tələblərə uyğun gələn namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə koordinator” Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.