İş barədə məlumat:
- Məhsulların anbardan ədəd və qutu üzrə sayılaraq düzgün yığılması
- Məhsulların anbardan şəxsi maşınına yüklənməsi
- Məhsulların zona üzrə satış nöqtələrinə təhlükəsiz və səliqəli çatdırılması
- Obyektlərdəki problemləri həll etmək və rəhbərliyə məlumat vermək
- Rut üzrə satış nöqtələrini ziyarət etmək və məhsulları vaxtında çatdırmaq
İş qrafiki
- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
- 6 günlük iş rejimi Əmək Məcəlləsinə uyğun olaraq
- Əmək haqqı Net 750 AZN
- Avtomobil xərcləri əmək haqqıya daxildir
- Yanacaq xərcləri şirkət tərəfindən qarşılanır
- Nahar və cərimələr şirkət tərəfindən qarşılanmır
- İş yeri: Bakı ş. ərazisi
- İş vaxtı 9.00 – 18.00
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübə
- Namizədin öz avtomobili əsas şərtdir
- Yüksək səviyyədə punktuallıq
- Səliqəli xidmət göstərmək
- Səliqəli xarici görkəm və nəqliyyat vasitəsinin təmiz/səliqəli olması
- Müştəri məmnuniyyətinin önəminin qəbul olunması
- Müştəri ilə təmkinli davranış qabiliyyəti
- Yaş həddi 22-35
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Bakı şəhərində əraziləri tanıma - yaxşı səviyyədə
- Yol hərəkəti qaydaları biliyi - yüksək səviyyədə
- Dil bilikləri: Azərbaycan dili - əla ; Rus dili - yaxşı
Uyğun namizədlərdən öz CV formalarını elektron poçt ünvanına göndərməsi xahiş olunur.