Payroll üzrə aparıcı mütəxəssis

  • Deadline 19 Dekabr 2026

Vəzifə və öhdəliklər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata keçirilməsi;
  • Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların, bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
  • Müəssisədə tətbiq olunan mükafatlandırma sisteminə əsasən fərdi və kollektiv fəaliyyət nəticələri üzrə bonus və mükafat hesablamalarının aparılması;
  • Həkimlərin, tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun hazırlanması;
  • Əlavə iş saatlarına, gecə növbələrinə, bayram və istirahət günlərində görülən işlərə görə ödənişlərin hesablanması;
  • Məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər əmək münasibətləri ilə əlaqədar ödənişlərin hesablanması;
  • İşə qəbul, əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq hesablamaların və son haqq-hesabın aparılması;
  • Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması, müvafiq tutulmaların və hesabatların hazırlanması;
  • Əməkhaqqı sistemində məlumatların işlənməsi, ödəniş reyestrlərinin hazırlanması və əməkhaqqı ödənişlərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi;
  • Əməkhaqqı prosesləri üzrə maliyyə və mühasibatlıq bölmələri ilə koordinasiyanın təmin edilməsi, hesablamalarda yaranan uyğunsuzluqların aradan qaldırılması;

Namizədə olan tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyi üzrə praktiki biliklər;
  • Vergi və məcburi sığorta tutulmalarının hesablanması üzrə biliklər;
  • Əməkhaqqı, vergi və sosial sığorta ödənişləri üzrə mühasibat müxabirləşmələrini (debet və kredit yazılışlarını) bilmək və tətbiq etmək bacarığı;
  • Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;

Qeyd:

  • Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily42
  • Weekly361
  • Monthly1291