Payroll üzrə aparıcı mütəxəssis

  • Deadline 19 December 2026

Vəzifə və öhdəliklər:

1.     Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata keçirilməsi;

2.     Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların, bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;

3.     Müəssisədə tətbiq olunan mükafatlandırma sisteminə əsasən fərdi və kollektiv fəaliyyət nəticələri üzrə bonus və mükafat hesablamalarının aparılması;

4.     Həkimlərin, tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun hazırlanması;

5.     Əlavə iş saatlarına, gecə növbələrinə, bayram və istirahət günlərində görülən işlərə görə ödənişlərin hesablanması;

6.     Məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər əmək münasibətləri ilə əlaqədar ödənişlərin hesablanması;

7.     İşə qəbul, əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq hesablamaların və son haqq-hesabın aparılması;

8.     Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması, müvafiq tutulmaların və hesabatların hazırlanması;

9.     Əməkhaqqı sistemində məlumatların işlənməsi, ödəniş reyestrlərinin hazırlanması və əməkhaqqı ödənişlərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi;

10.  Əməkhaqqı prosesləri üzrə maliyyə və mühasibatlıq bölmələri ilə koordinasiyanın təmin edilməsi, hesablamalarda yaranan uyğunsuzluqların aradan qaldırılması;

 

Namizədə olan tələblər:

·       Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;

·       Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il iş təcrübəsi;

·       Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyi üzrə praktiki biliklər;

·       Vergi və məcburi sığorta tutulmalarının hesablanması üzrə biliklər;

·       Əməkhaqqı, vergi və sosial sığorta ödənişləri üzrə mühasibat müxabirləşmələrini (debet və kredit yazılışlarını) bilmək və tətbiq etmək bacarığı;

·       Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;

 

Qeyd:

·      Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;

·      Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Payroll üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

 

 

  • Daily28
  • Weekly347
  • Monthly1278