Vəzifə və öhdəliklər:
- Şirkətə gələn qonaqların qarşılanması və uyğun şəkildə yönləndirilməsi;
- Sənəd dövriyyəsinin (daxili və xarici) idarə olunması;
- Gündəlik iclasların təşkil edilməsi;
- Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası;
- İş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclaslar və s.);
- Səyahət və iş yeməkləri ilə bağlı yerlərin bron edilməsi;
- Sosial şəbəkə hesablarını idarəetmə bacarığı.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyatı sahədə 1 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili arzuolunandır);
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel )– yaxşı;
- Məsuliyyətli, diqqətli, ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı.
Qeyd:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Direktor assistenti” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.