Vəzifə öhdəlikləri:
- İşə qəbul, işdən azad, ezamiyyət, məzuniyyət və digər kadr əməliyyatlarının həyata keçirilməsi;
- Ştat cədvəlləri və tabellərin hazırlanması;
- İR aid sənədlərin hazırlanması, 1C ERP sistemə və ƏMAS sisteminə daxil edilməsi;
- Əmək Məcəlləsinə və digər qanunvericiliklərə uyğun sənədləşmənin təmin olunması;
- İR hesabatlarının hazırlanması (aylıq, rüblük, illik);
- İnsan resursları sistemlərində (1C, ERP ) məlumatların düzgünlüyünün təmin olunması;
- İnsan Resurslarında proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.
Tələblər:
- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, İR idarə edilməsi üstünlükdür).
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi.
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
- 1C 8.3- Əla səviyyədə bilmək;
- Əmək Məcəlləsi bilikləri yaxşı səviyyədə bilmək;
- Yüksək ünsiyyət qabiliyyəti
- Dəqiqlik, məsuliyyət və komandada işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
- İş yeri – Bakı şəhəri , Əhməd Rəcəbli 3/10
- İş saatları: 09:00-18:00 və ya 08:00-17:00
- Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.