Vəzifə və öhdəliklər:
- İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək;
- Tabeldə müvafiq qeydlər etmək, hər gün işçilərin işə çıxıb-çıxmaması haqqında səbəbləri qeyd etməklə hesabat tərtib etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq
- İnsan Resurslarına dair digər əməliyyatların icrası (ƏMAS).
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyatı sahədə 1 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı;
- Əmək qanunvericiliyini bilməli;
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- İşçi illik check up paketi ilə təmin olunur.
- İşçinin özü və ailə üzvlərinə tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.