Tələblər:
- Ali təhsil;
- 24-45 yaş arası bəylər;
- Şəbəkə bilikləri: TCP/IP, VLAN, STP, OSPF, BGP, NAT və VPN üzrə dərin biliklər.
- Sistem inzibatçılığı: Linux (Ubuntu, CentOS) və Windows Server (Active Directory, GPO, DNS, DHCP) üzrə praktiki təcrübə.
- Virtualizasiya: VMware və Hyper-V mühitləri ilə iş bacarığı.
- Təhlükəsizlik standartları: OWASP Top 10, IAM prinsipləri və şifrələmə texnologiyaları (SSL/TLS, IPsec, PKI) haqqında biliklər.
- Analitik alətlər: Wireshark və tcpdump ilə şəbəkə trafikinin analizi bacarığı.
- Skriptləşdirmə: Python (orta səviyyə), Bash və ya PowerShell skriptləri yazmaq bacarığı.
Əsas Öhdəliklər:
- Korporativ şəbəkələrin qurulması, monitorinqi və təhlükəsizliyinin təmin edilməsi.
- Firewall (FortiGate), IDS/IPS və WAF sistemlərinin idarə olunması.
- SIEM platformaları (Splunk, ELK) vasitəsilə loqların analizi və korrelyasiyası.
- Müntəzəm olaraq boşluqların skan edilməsi (Vulnerability Management) və audit alətləri (Nmap, Nessus, Burp Suite və s.) ilə testlərin keçirilməsi.
- Endpoint security, antivirus və EDR/XDR həllərinin tətbiqi.
- İnsidentlərə çevik reaksiya verilməsi və müxtəlif hücum növlərinin (DDoS, phishing, ransomware) qarşısının alınması.
Təkliflərimiz:
- İş qrafiki: həftənin günü (həftəlik 40 saat);
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- Özünə və ailə üzvlərinə klinikada olan xidmətlərə görə endirimlər.
İş yeri:
- Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3,10 (Köhnə Şəki restoranının yaxınlığı)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-i emailin mövzu hissəsinə mütləq “IT Security” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.