Namizədə tələblər:
- Ali təhsil və sahə üzrə ciddi praktiki təcrübə;
- Azərbaycan dili – sərbəst, rus və ingilis dilləri – texniki səviyyədə;
- Şəbəkə infrastrukturu üzrə dərin biliklər (TCP/IP, DNS, DHCP, VPN, NAT);
- Windows Server mühitində iş təcrübəsi (Active Directory, GPO, File Server və s.);
- Şəbəkə arxitekturasını anlama və onu stabil şəkildə idarə etmə bacarığı;
- Şəbəkə avadanlıqları (router, switch, access point və s.) ilə peşəkar səviyyədə işləmə;
- Şəbəkə kabelləşdirmə işlərini (UTP, FTP və s.) həyata keçirmək və bu proseslərə nəzarət etmək bacarığı;
- Kabel xətlərinin çəkilməsi, sonlandırılması, test edilməsi və yaranan nasazlıqların aradan qaldırılması üzrə təcrübə;
- Video müşahidə sistemləri üzrə geniş təcrübə (CCTV, IP və analoq kameralar);
- DVR/NVR qurğularının konfiqurasiyası, idarə olunması və sistemin stabil işləməsinin təmin edilməsi;
- Kamera və şəbəkə sistemlərinin planlanması, qurulması və optimallaşdırılması bacarığı;
- Əsas və praktiki İT bilikləri (Windows əməliyyat sistemləri, ofis proqramları və s.);
- Texniki problemlərin operativ diaqnostikası, səbəblərinin analizi və effektiv həlli bacarığı;
- İT proseslərinin qurulması, təkmilləşdirilməsi və sənədləşdirilməsi təcrübəsi;
- Sistemlərin fasiləsiz işləməsinə nəzarət və risklərin öncədən müəyyən edilməsi bacarığı;
- Analitik düşüncə, yüksək məsuliyyət və təşəbbüskarlıq;
- Müstəqil qərar vermə və prioritetləri düzgün idarə etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Şirkətin İT infrastrukturunun stabil və fasiləsiz işləməsinin təmin edilməsi;
- Şəbəkə, server və video müşahidə sistemlərinin qurulması, idarə olunması və inkişaf etdirilməsi;
- İstifadəçilərə texniki dəstəyin təşkili və problemlərin operativ şəkildə həll olunmasına nəzarət;
- Hardware və software problemlərinin diaqnostikası, səbəblərinin müəyyən olunması və sistemli həlli;
- Şəbəkə və kabel infrastrukturu işlərinin planlanması, icrası və keyfiyyətinə nəzarət;
- Kamera sistemlərinin (CCTV, DVR/NVR) effektiv idarə olunması və davamlı işləməsinin təmin edilməsi;
- Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin optimallaşdırılması;
- İT proseslərinin strukturlaşdırılması və texniki sənədlərin hazırlanması;
- İnformasiya təhlükəsizliyi və məxfilik qaydalarına riayət olunmasının təmin edilməsi.
Qeyd:
- İş qrafiki: həftənin 5 günü;
- Əmək haqqı: namizədin bilik və təcrübəsinə əsasən;
- Klinik xidmətlər üzrə güzəştlər mövcuddur.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İT üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.