Vəzifə və öhdəliklər:
- Kreditor və debitor borclarının uçotunun, xərclərin, əsas vəsaitlərin dəqiq olmasının, müvafiq qanun və qaydalara mühasibatlıq standartlarına uyğun olmasının təmin edilməsi və nəzarətdə saxlanılması;
- İlkin sənədlərin nəzərdən keçirilməsi və müvafiq materialın sisteminə işlənməsi;
- Elektron Qaimə Faktura ilə bağlı əməliyyatları icra etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Bank və kassa əməliyyatlarının düzgün aparılması;
- Bank hesabları üzrə yerli və xarici ödənişləri həyata keçirmək;
- Alınmış və Ödənilmiş Avans ödənişlərini izləmək;
- Kreditor və debitorlar ilə üzləşmələr aparmaq;
- Mühasibat sənədlərini saxlamaq və qorumaq;
- Görülmüş işlərə dair bütün təsdiqedici sənədləri toplamaq, tərtib etmək və saxlamaq;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabat vermək;
- Baş mühasibin verdiyi digər əlavə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Aidiyyatı sahədə 1 ildən artıq iş təcrübəsi;
- MS Office və ERP proqramlarından istifadə etmək bacarığı;
- İnternet bankinq, E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Punktual, diqqətcil və məsuliyyətli olmalı.
İş şərtləri:
- İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00).
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.