“Sağlam Ailə” tibb mərkəzi “Müştəri xidmətləri üzrə şöbə rəhbəri” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi;
- Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğunu təmin etmək üçün tədbirlər görmək;
- Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyyətləri, hüquqları çərçivəsində olan həll yollarını müəyyənləşdirmək, tətbiq etmək;
- Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsi, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq.
Tələblər:
- Ali təhsil (tibb üzrə üstünlükdür);
- Azərbaycan, rus dili biliyi - əla, ingilis dili biliyi arzuolunandır;
- Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi (tibbi sahədə üstünlükdür);
- Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallıq;
- Yüksək təşkilatçılıq və liderlik bacarıqları.
İş şərtləri:
- İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısa iş günü;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Müştəri xidmətləri üzrə şöbə rəhbəri“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.