Müştəri xidmətləri üzrə şöbə rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri xidmətləri üzrə şöbə rəhbəri

  • Deadline 2 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Sağlam Ailə” tibb mərkəzi “Müştəri xidmətləri üzrə şöbə rəhbəri” vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətləri komandasının (qeydiyyat və çağrı) ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi;
  • Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğunu təmin etmək üçün tədbirlər görmək;
  • Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyyətləri, hüquqları çərçivəsində olan həll yollarını müəyyənləşdirmək, tətbiq etmək;
  • Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsi, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq.
  • Pasiyentlərin təkrar müraciətlərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Klinikada CRM sisteminin qurulması, tətbiqi və inkişaf etdirilməsi prosesinə rəhbərlik;
  • Qeydiyyat şöbəsi və çağrı mərkəzi arasında vahid CRM sistemi üzərindən inteqrasiya olunmuş iş prosesinin yaradılması;
  • Pasiyent məlumatlarının, müraciət tarixçəsinin və xidmət proseslərinin CRM üzərindən idarə edilməsinin təşkili;
  • CRM sistemində iş axınlarının (workflow) hazırlanması və optimallaşdırılması;
  • Xidmət standartlarının və prosedurlarının hazırlanması, tətbiqi və icrasına nəzarət;
  • Əməkdaşların iş qrafiklərinin hazırlanması və iş yükünün düzgün bölüşdürülməsi;
  • Fəaliyyət göstəricilərinin (KPI) təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Xidmət proseslərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması.

Tələblər:

  • Ali təhsil (tibb üzrə üstünlükdür);
  • Azərbaycan, rus dili biliyi - əla, ingilis dili biliyi arzuolunandır;
  • Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi;
  • CRM sistemlərinin qurulması, tətbiqi və idarə olunması üzrə təcrübə;
  • İdarəetmə, təşkilatçılıq və liderlik bacarıqları;
  • Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallıq;
  • Yüksək təşkilatçılıq və liderlik bacarıqları.

İş şərtləri:

  • İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısa iş günü;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.

Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Müştəri xidmətləri üzrə şöbə rəhbəri“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.

  • Daily75
  • Weekly198
  • Monthly199