Tibbi nümayəndə (klinika xidmətləri üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi nümayəndə (klinika xidmətləri üzrə)

  • Deadline 26 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Sağlam Ailə” tibb mərkəzi “Tibbi nümayəndə (klinika xidmətləri üzrə)” vakansiyası elan edir.

Haqqımızda:

  • 2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır. Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriyadır. 

Siz nə edəcəksiz:

  • Həkimlərlə görüşlərin keçirilməsi, xidmət və məhsullar haqqında ətraflı məlumatın verilməsi və satış yönümlü təqdimatların keçirilməsini təşkili;
  • Yeni müştərilərin cəlb edilməsi üçün təkliflər verilməsi;
  • Bazar araşdırmasının aparılması;
  • Satışın artırılması üçün aksiyaların, kampaniyaların təşkil edilməsi;
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.

Sizdən gözləntilərimiz:

  • Təhsil: Ali və ya orta ixtisas təhsilli; 
  • Təcrübə: Bu sahə üzrə 3 ildən artıq;
  • Xarici dil biliyi: Rus dili arzuolunandır;
  • Şəxsi keyfiyyətləri: Səlis nitq qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli, komandada işləmə bacarığı, məqsədyönlü və inkişafa meyilli.

Biz Sizə nə təklif edirik:

  • İş qrafiki: 5 günlük, 08:00-17:00 və ya 09:00-18:00;
  • Əmək haqqı namizədin təcrübəsinə əsasən təyin olunacaq;
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin imkanı.

Müraciət etmək üçün mövzu hissəsində “Tibbi nümayəndə (klinika xidmətləri üzrə)” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərə bilərsiz.

  • Daily1
  • Weekly608
  • Monthly1