Vəzifə və öhdəliklər:
· Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək;
· İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək;
· Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, tibbi xidmətlər haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlər keçirmək;
· Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq;
· Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək;
· Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək;
· Həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Namizədə olan tələblər:
· Ali təhsil (tibbi təhsil üstünlükdür);
· Tibb, laboratoriya və ya əlaqəli xidmət sahəsində satışın idarə edilməsi üzrə 3 ildən artıq iş təcrübəsi;
· Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti; hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; liderlik və komandanı idarəetmə bacarığı, analitik düşüncə.
Qeyd:
· İş qrafiki: Həftənin 5 günü (saat 09:00-18:00);
· Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
· Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
· Şirkətdaxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibbi xidmətlərin satışı üzrə rəhbər” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.