Vəzifə və öhdəliklər:
- Şirkətin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişinin həyata keçirilməsi;
- Şirkətin vizual və rəqəmsal kontentinin yaradılmasında iştirak etmək;
- Təqdim olunan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək;
- Video materialların, reklam və sosial çarxların montaj prossesini həyata keçirmək;
- Videoların hazırlanması üçün vacib olan kompüter dəstəkli proqramlardan düzgün şəkildə istifadə etmək;
- Şirkətin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun şəkildə həyata keçirmək;
- Trendləri izləmək və yenilikləri tətbiq etmək;
- Müəllif hüquqlarının qorunmasına nəzarət etmək;
- Tapşırılan işlərin vaxtında, keyfiyyətli həll olunmasını təmin etmək.
Namizədə olan tələblər:
- Ali və ya orta ixtisas təhsil;
- Reklam roliki, promo videolar hazırlama tәcrübәsi;
- Yenilikləri tətbiq etmək bacarığı;
- Adobe Premier Pro, Adobe After Effects və s. video montaj proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli və kollektivə uyğun olmalı;
- Portfolio göndərilməsi mütləqdir.
Qeyd:
- İş qrafiki: həftənin 5 günü (part-time);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Videoqraf/fotoqraf” qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.