Sağlam Həyat C.A MMC Sağlam Həyat C.A MMC
  • 613

Sağlam Həyat C.A MMC

Healthcare

İnsan Resursları üzrə Mütəxəssis (Tibbi Sahə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Mütəxəssis (Tibbi Sahə)

  • Deadline 17 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında məlumat:

  • Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s. əmrlərin yazılması və ƏMAS portalına işlənilməsi; 
  • Şəxsi işlərin qaydasında olmasına və müvafiq sənədlərin müntəzəm olaraq yenilənməsinin təmin edilməsi və nəzarətdə saxlanılması;
  • İR məlumat bazasının 1C proqramına daxil edilməsi və məlumatların müntəzəm şəkildə yenilənməsinin təmin olunması;
  • Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
  • Əmək haqqı kartının sifarişi üçün lazım olan məlumatları mühasibatlığa göndərmək və daha sonra kartı əməkdaşa təqdim edilməsi;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • İSB, ƏMAS və E-gov portalında müvafiq əməliyyatların icra olunması;
  • Aylıq tabelləri hazırlamaq;
  • İşçilərin davamiyyətini izləmək, nəzarət etmək və məlumatları aylıq işə davamiyyət tabelininə qeyd etmək;
  • Mühasibatlığın statistikaya və digər qurumlara göndərdiyi hesabatlarda HR-a aid olan məlumatların doldurulması;
  • İnsan Resursları üzrə Menecerin verdiyi digər müvafiq tapşırıqların yerinə yetirilməsi. 

Tələblər:

  • Ali təhsilli olması; 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilməli;
  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi;
  • 1 C 8.3 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.

İş şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə.
  • İş vaxtı: Həftədə 5 gün saat 08:30-dan 17:30-a dək, nahar fasiləsi 13:00-14:00.
  • Əmək haqqı: 800 Azn
  • Əlavə iş saatları olduğu halda, əmək haqqına əlavə ödənilir.
  • İş yeri: Bakı, Nərimanov rayonu.

Uyğun namizədlər Cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq göndərə bilərlər. Uyğun namizədlə əlaqə saxlanılacaq.

  • Daily7
  • Weekly482
  • Monthly1612