İş haqqında məlumat:
- Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s. əmrlərin yazılması və ƏMAS portalına işlənilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və müvafiq sənədlərin müntəzəm olaraq yenilənməsinin təmin edilməsi və nəzarətdə saxlanılması;
- İR məlumat bazasının 1C proqramına daxil edilməsi və məlumatların müntəzəm şəkildə yenilənməsinin təmin olunması;
- Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
- Əmək haqqı kartının sifarişi üçün lazım olan məlumatları mühasibatlığa göndərmək və daha sonra kartı əməkdaşa təqdim edilməsi;
- İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- İSB, ƏMAS və E-gov portalında müvafiq əməliyyatların icra olunması;
- Aylıq tabelləri hazırlamaq;
- İşçilərin davamiyyətini izləmək, nəzarət etmək və məlumatları aylıq işə davamiyyət tabelininə qeyd etmək;
- Mühasibatlığın statistikaya və digər qurumlara göndərdiyi hesabatlarda HR-a aid olan məlumatların doldurulması;
- İnsan Resursları üzrə Menecerin verdiyi digər müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsilli olması;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilməli;
- Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi;
- 1 C 8.3 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
- Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
İş şərtləri:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə.
- İş vaxtı: Həftədə 5 gün saat 08:30-dan 17:30-a dək, nahar fasiləsi 13:00-14:00.
- Əmək haqqı: 800 Azn
- Əlavə iş saatları olduğu halda, əmək haqqına əlavə ödənilir.
- İş yeri: Bakı, Nərimanov rayonu.
Uyğun namizədlər Cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq göndərə bilərlər. Uyğun namizədlə əlaqə saxlanılacaq.