Ticari marketinq nümayəndəsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ticari marketinq nümayəndəsi

  • Deadline 25 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif məhsul növlərini potensial müştərilərə təqdim etmək, məhsul xüsusiyyətləri və üstünlükləri haqqında məlumat vermək;
  • Rəqib markaların satış strategiyalarını izləmək, bazarda dəyişiklikləri nəzərə alaraq şirkət üçün yeni təkliflər hazırlamaq;
  • Yeni məhsul təqdimatlarını həyata keçirmək və ya mövcud məhsullar üçün endirim və xüsusi təkliflər təqdim etmək;
  • Müştəri şikayətlərini və problemlərini zamanında həll etmək, yüksək müştəri məmnuniyyəti təmin etmək;
  • Ərazidəki satış potensialını qiymətləndirmək, müvafiq olaraq satış nöqtələrini ziyarət edərək bazar tələbləri barədə məlumat toplamaq;
  • Məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvafiq saxlanma şəraitinin qorunmasını izləmək;
  • Satış fəaliyyəti, məhsul tələbi, müştəri əlaqələri və rəqabətə dair hesabatları mütəmadi olaraq rəhbərliyə təqdim etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti (rus dili biliyi üstünlükdür);
  • FMCG sektorunda marketinq və ya satış sahəsində iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Analitik düşüncə;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətli olmaq;
  • Şəxsi avtomobil mütləqdir ("B" kateqoriyası üzrə 2 ildən artıq sürücülük təcrübəsi).

İş şəraiti:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş rejimi: 5 günlük, şənbə-bazar istirahət günləridir;
  • İş saatı: 09:00-18:00;
  • Ünvan: Bakı şəhəri
  • Avtomobilin yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.

Vakansiyaya müraciət etmək üçün namizədlər CV-lərini mövzu hissəsində “Ticari marketinq nümayəndəsi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly626
  • Monthly2337