Şirkətin sosial media platformalarında aktivliyini artırmaq, brend imicini gücləndirmək və effektiv kontent strategiyası qurmaq üçün SMM mütəxəssisi axtarılır.
Vəzifə və öhdəliklər:
- Şirkətin sosial media səhifələrinin (Instagram, Facebook, LinkedIn və s.) idarə olunması
- Şirkətin məqsədlərinə uyğun sosial media planının hazırlanması
- Aktiv olunacaq platformaların planlaşdırılması və inkişaf strategiyasının qurulması
- Post, story, video və digər paylaşımların mövzularının müəyyən edilməsi
- Kampaniyalar və xüsusi günlər üçün paylaşımların hazırlanması
- Dizayn və vizual materialların hazırlanmasının təşkili
- Sosial media trendlərinin izlənilməsi və tətbiqi
- Yeni ideyaların və kontent formatlarının tətbiqi
- Sosial media statistikalarının izlənməsi və aylıq hesabatların hazırlanması
- Brendin sosial mediada vahid üslubunun qorunmasının təmin edilməsi
Namizədə tələblər:
- SMM sahəsində iş təcrübəsi
- B2B sahəsində sosial media idarəetməsi üzrə təcrübə (üstünlük təşkil edir)
- Sosial media platformalarının alqoritmləri və kontent strategiyası üzrə bilik
- Analitik düşüncə və statistika ilə işləmə bacarığı
- Kreativ yanaşma və ideya yaratmaq bacarığı
- Komanda ilə işləmək və işləri planlaşdırmaq bacarığı
İş şəraiti:
- Rəsmi əmək müqaviləsi
- İş qrafiki: 09:00 – 18:00
- Həftədə 5 iş günü
- Əmək haqqı: müsahibə əsasında müəyyən edilir
Üstünlüklər:
- Peşəkar və dinamik komandada işləmək imkanı
- Şirkətin brend inkişafında aktiv iştirak
- Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.