SMM mütəxəssisi

  • Истекает 29 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətin sosial media platformalarında aktivliyini artırmaq, brend imicini gücləndirmək və effektiv kontent strategiyası qurmaq üçün SMM mütəxəssisi axtarılır.

Vəzifə və öhdəliklər:

  • Şirkətin sosial media səhifələrinin (Instagram, Facebook, LinkedIn və s.) idarə olunması
  • Şirkətin məqsədlərinə uyğun sosial media planının hazırlanması
  • Aktiv olunacaq platformaların planlaşdırılması və inkişaf strategiyasının qurulması
  • Post, story, video və digər paylaşımların mövzularının müəyyən edilməsi
  • Kampaniyalar və xüsusi günlər üçün paylaşımların hazırlanması
  • Dizayn və vizual materialların hazırlanmasının təşkili
  • Sosial media trendlərinin izlənilməsi və tətbiqi
  • Yeni ideyaların və kontent formatlarının tətbiqi
  • Sosial media statistikalarının izlənməsi və aylıq hesabatların hazırlanması
  • Brendin sosial mediada vahid üslubunun qorunmasının təmin edilməsi

Namizədə tələblər:

  • SMM sahəsində iş təcrübəsi
  • B2B sahəsində sosial media idarəetməsi üzrə təcrübə (üstünlük təşkil edir)
  • Sosial media platformalarının alqoritmləri və kontent strategiyası üzrə bilik
  • Analitik düşüncə və statistika ilə işləmə bacarığı
  • Kreativ yanaşma və ideya yaratmaq bacarığı
  • Komanda ilə işləmək və işləri planlaşdırmaq bacarığı

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi
  • İş qrafiki: 09:00 – 18:00
  • Həftədə 5 iş günü
  • Əmək haqqı: müsahibə əsasında müəyyən edilir

Üstünlüklər:

  • Peşəkar və dinamik komandada işləmək imkanı
  • Şirkətin brend inkişafında aktiv iştirak
  • Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly436
  • Monthly3