Plastik və polimer məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkət üçün Korporativ Satış Meneceri axtarılır.
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərin aktiv axtarışı və ilkin əlaqələrin qurulması;
- Potensial müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
- Şirkətin məhsullarının korporativ müştərilərə təqdim edilməsi;
- Müştəri ehtiyaclarının təhlili və uyğun məhsulların təklif edilməsi;
- Kommersiya təkliflərinin təqdim edilməsi və satış danışıqlarının aparılması;
- Satış planına uyğun hədəflərin icrası və nəticələrin təmin edilməsi;
- Yeni korporativ müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməsi;
- Müştərilərlə uzunmüddətli işgüzar əlaqələrin qurulması və davamlı əməkdaşlığın təmin edilməsi.
Namizədə tələblər:
- Minimum 3 il B2B və ya korporativ satış təcrübəsi;
- Aktiv satış və yeni müştərilərin cəlb edilməsi bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- İşgüzar danışıqlar və razılaşmalar aparmaq bacarığı;
- Nəticəyönümlü və təşəbbüskar yanaşma;
- Satış prosesini ilkin əlaqədən satışın bağlanmasına qədər idarə etmək bacarığı.
İş haqqında məlumat:
- İş günləri: Bazar ertəsi – Şənbə
- İş saatları: 09:00 – 18:00
- Əmək haqqı: 800 AZN fiks + satışdan faiz
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satış Meneceri (istehsalat)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.