Baş mühasib müavini (Xidmət sahəsi üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib müavini (Xidmət sahəsi üzrə)

  • Deadline 12 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Firmaya Baş mühasib müavini (Xidmət sahəsi üzrə) tələb olunur.

Vəzifələr:

  • Mühasibat və vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etmək;
  • Mühasibat sənədlərinin düzgün tərtib edilməsini və uçotunun aparılması;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, amortizasiya hesablamalarını həyata keçirmək;
  • Əmək haqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablamaq;
  • Debitor və kreditor borclarının uçotunu aparmaq və hesablaşmalara nəzarət etmək;
  • Elektron qaimə-fakturaların və hesab-fakturaların tərtib olunması və göndərilməsi;
  • Bank, kassa, satış, alış, əmək haqqı, avans, mal-material və digər maliyyə əməliyyatlarını proqram təminatına düzgün daxil edilməsi;
  • Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal-material uçotunu aparmaq;
  • Gündəlik əməliyyatların 1C proqramına işlənməsi;
  • Baş mühasib tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

Tələblər:

  • 25–50 yaş aralığında olan namizədlər;
  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
  • Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
  • Mühasibat hesablaşmaları üzrə yüksək səviyyədə bilik;
  • Vergi Məcəlləsi və Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
  • 1C 8.2 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək;Rus və ingilis dilləri arzuolunandır.
  • Fikrini aydın ifadə etmək, yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə  5 iş günü,  saat  09.00 –dan  18.00-dək,  şənbə və  bazar   günləri  istirahət  günləridir.

Qeyd: İş yeri Bakı şəhərində, mərkəzdə  yerləşir. (Sahil metrosunun ətrafında yerləşir)

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Baş mühasib müavini” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz  xahiş olunur.

  • Daily128
  • Weekly368
  • Monthly966