Vəzifə öhdəlikləri
- Sifarişlərin qəbulu və düzgün təhlili;
- Sifarişlərin keyfiyyətli və uyğun qiymətli mal-materiallarla (iş və xidmətlə) təmin olunması;
- Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
- Lazım olan mal - materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Tədarükçülərlə (Mal, iş və xidmət satanlarla) müqavilələrin bağlanmasını təmin etmək;
- Müqavilənin icrası uçotunun aparılması;
- Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi;
- Ödənişlərin nəğdsiz qaydada (köçürmə yolu ilə) aparılmasını təmin etmək;
- Malların qeydiyyatının aparılması;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
- Mal və materialların, avadanlıqların və o cümlədən tədbirdən (təmir-tikinti sahəsindən) qalan mal-materialların sayımının məsul şəxslərlə birgə aparılmasında iştirak etmək;
- Firmanın balansında olan mal-materialların inventarizasiyasında iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsilli (iqtisadi və texniki təhsillilərə üstünlük verilir);
- Mal - materialları tanıma bacarığı olmalı;
- 1 ildən az olmayaraq iş təcrübəsi;
- MS Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalı;
- Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Ciddi, kollektivdə işləmə bacarığı olan;
- Məsuliyyətli, stresə davamlı;
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Təchizatçı” qeyd edərək öz CV- lərini Müraciət et butonunda qeyd olunan email ünvanına göndərməyi xahiş olunur.