S SAMİRAMİS
  • 147

SAMİRAMİS

Təchizatçı- Anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizatçı- Anbardar

  • Deadline 1 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Sifarişlərin qəbulu və düzgün təhlili;
  • Sifarişlərin keyfiyyətli və uyğun  qiymətli  mal-materiallarla (iş və xidmətlə)  təmin olunması;
  • Tədarükçülərin (Mal, iş  və xidmət  satanların)  araşdırılması, əlaqələrin yaradılması;
  • Lazım olan mal - materiallar üzrə mütəmadi olaraq texniki məlumat və qiymət  araşdırılmasının aparılması;
  • Tədarükçülərlə (Mal, iş  və xidmət  satanlarla)  müqavilələrin bağlanmasını təmin etmək;
  • Müqavilənin icrası uçotunun aparılması;
  • Malların alınması, gətirilməsi və anbara təhvil verilməsi;
  • Ödənişlərin  nəğdsiz qaydada (köçürmə  yolu ilə)  aparılmasını təmin etmək;
  • Malların qeydiyyatının aparılması;
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
  • Mal və materialların, avadanlıqların və o cümlədən  tədbirdən (təmir-tikinti  sahəsindən) qalan  mal-materialların sayımının məsul şəxslərlə birgə  aparılmasında  iştirak etmək;
  • Firmanın balansında olan mal-materialların inventarizasiyasında iştirak etmək.
  • Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək
  • Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlama
  • Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
  • Anbardan mal çıxışına nəzarət etmək
  • Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək

Namizədə tələblər:

  • Ali təhsilli (iqtisadi və texniki təhsillilərə  üstünlük verilir);
  • Mal-materialları tanıma bacarığı  olmalı;
  • 2 ildən az olmayaraq iş təcrübəsi;
  • MS Office proqramlarında yaxşı səviyyədə işləməyi bacarmalı;
  • Mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Ciddi, kollektivdə işləmə bacarığı olan;
  • Məsuliyyətli, stresə davamlı;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Analitik yanaşma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərin mövzu yerində “Təchizatçı- Annbardar” qeyd edərək öz CV- lərini Müraciət Et düyməsində göstərilən e - mail ünvanına göndərməyi  xahiş olunur.

  • Daily0
  • Weekly113
  • Monthly477