S SAMT
  • 906

Anbar operatoru

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Anbar operatoru

  • Истекает 2 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Sumqayıt / Xızı

Vəzifə haqqında:
Anbar operatoru anbara daxil olan material və məhsulların qəbulu, düzgün saxlanılması, uçotunun aparılması və istehsalat sahəsinə vaxtında verilməsinə cavabdehdir.

Əsas vəzifələr:

  • Anbarın təmizliyini və səliqəsini təmin etmək
  • Anbara daxil olan material və malları qəbul etmək, sənədlərini və etiketlərini yoxlamaq
  • Materialları təyin olunmuş rəf və konteynerlər üzrə düzgün yerləşdirmək
  • İstehsalatın planlanması şöbəsinin tapşırıqlarına əsasən materialların istehsalata verilməsini təmin etmək
  • Materialların istifadəyə yararlılığını yoxlamaq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək
  • ERP sistemi vasitəsilə anbar uçotunu aparmaq
  • Təhlükəsizlik qaydalarına riayət etmək

Tələblər:

  • Orta təhsil
  • Anbar və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Forklift sertifikatı (üstünlükdür)
  • ERP sistemləri üzrə bilik (üstünlükdür)
  • Metallurgiya sənayesində iş təcrübəsi (üstünlükdür)

Şərait:

  • Növbəli iş qrafiki
  • Nahar təmin olunur
  • Servis xidməti mövcuddur

Maraqlanan namizədlər CV-lərini “Anbar operatoru” Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily54
  • Weekly174
  • Monthly861