İş yeri: Sumqayıt / Xızı
Vəzifə haqqında:
Anbar operatoru anbara daxil olan material və məhsulların qəbulu, düzgün saxlanılması, uçotunun aparılması və istehsalat sahəsinə vaxtında verilməsinə cavabdehdir.
Əsas vəzifələr:
- Anbarın təmizliyini və səliqəsini təmin etmək
- Anbara daxil olan material və malları qəbul etmək, sənədlərini və etiketlərini yoxlamaq
- Materialları təyin olunmuş rəf və konteynerlər üzrə düzgün yerləşdirmək
- İstehsalatın planlanması şöbəsinin tapşırıqlarına əsasən materialların istehsalata verilməsini təmin etmək
- Materialların istifadəyə yararlılığını yoxlamaq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək
- ERP sistemi vasitəsilə anbar uçotunu aparmaq
- Təhlükəsizlik qaydalarına riayət etmək
Tələblər:
- Orta təhsil
- Anbar və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi
- MS Office proqramları ilə işləmə bacarığı
- Forklift sertifikatı (üstünlükdür)
- ERP sistemləri üzrə bilik (üstünlükdür)
- Metallurgiya sənayesində iş təcrübəsi (üstünlükdür)
Şərait:
- Növbəli iş qrafiki
- Nahar təmin olunur
- Servis xidməti mövcuddur
Maraqlanan namizədlər CV-lərini “Anbar operatoru” Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.