İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
- Avtomatik boya xəttinin işə salınması, dayandırılması və idarə olunması;
- Boyanacaq məmulatların konveyerə düzgün yerləşdirilməsi;
- Avadanlığın (püskürdücü tabancalar, konveyer sistemləri, kabin ventilyasiyası və s.) işinə nəzarət edilməsi;
- Boya miqdarının, rəngin və qat qalınlığının standartlara uyğun tənzimlənməsi;
- Səthin əvvəlcədən hazırlanması (yağdan təmizləmə, fosfatlama, zımpara – prosesə görə);
- Boya xəttində yaranan nasazlıqları vaxtında aşkar etmək və xətt menecerinə bildirmək;
- İş sahəsinin və avadanlığın təmizliyinə riayət etmək;
- Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək.
Tələblər:
- Orta və ya texniki/peşə təhsili;
- Boyama, örtükləmə, istehsal sahəsi və ya oxşar sahələrdə iş təcrübəsi (Avtomatik konveyerli boya xətti təcrübəsi, boya qarışdırma təcrübəsi və s. üstünlükdür) – 1 il;
- Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər;
- Elektrostatik püskürtmə örtük sistemləri, qurutma sobaları və səth hazırlama üsulları ilə tanışlıq;
- Boya kabinləri, tabancaları və filtrasiya sistemləri ilə işləmə bacarığı;
- Rəng keçidi, qat qalınlığı və səth hazırlığı haqqında ilkin biliklər;
- Boyanın texniki göstəricilərinə uyğun iş prinsiplərini bilmək üstünlükdür;
- Örtüklər və kimyəvi maddələrlə əlaqəli əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları haqqında əsas biliklər;
- Sənaye şəraitində keyfiyyət standartlarını anlamaq;
- İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək;
- İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Boya operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.