İstehsalat prosesində qoruyucu və dekorativ örtüklərin düzgün tətbiqini təmin edəcək, avadanlıqlarla işləməyi bacaran və keyfiyyətə nəzarət edən Boya Operatoru axtarırıq.
Məkan: Sumqayıt, Xızı
Əsas vəzifələr:
- Avtomatik boya xəttini idarə etmək
- Məmulatları konveyerə düzgün yerləşdirmək
- Avadanlıqların (püskürdücü tabancalar, konveyer, ventilyasiya və s.) işinə nəzarət etmək
- Boya miqdarı, rəng və qat qalınlığını standartlara uyğun tənzimləmək
- Səthin hazırlanmasını həyata keçirmək (yağdan təmizləmə, fosfatlama, zımpara və s.)
- Nasazlıqları vaxtında aşkar edib rəhbərliyə bildirmək
- İş sahəsinin təmizliyini qorumaq
- SƏTƏM və təhlükəsizlik qaydalarına riayət etmək
Tələblər:
- Orta və ya texniki/peşə təhsili
- Minimum 1 il müvafiq iş təcrübəsi (üstünlükdür)
- Boya texnologiyaları (toz boya, sprey boya və s.) üzrə baza biliklər
- Örtük sistemləri və səth hazırlama prosesləri haqqında anlayış
- Avadanlıqlarla işləmə bacarığı
- Təhlükəsizlik və keyfiyyət standartları barədə bilik
- İngilis dili üzrə orta səviyyə üstünlükdür.
Təklif edirik:
- Nahar şirkət tərəfindən təmin olunur
- Sığorta təminatı
- Servis/daşınma xidməti təmin olunur
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV və əlaqə məlumatlarını “Boya Operatoru (Örtük İstehsalat Xətti)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.