"SAMT" MMC-də "Məlumat Mərkəzi üzrə Mütəxəssis " vakansiyası mövcuddur.
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
- Məlumat mərkəzinə daxil olan müraciətlərin telefon, e-mail və digər kanallar vasitəsilə qəbul edilməsi;
- Müştərilərə məhsul, xidmət və prosedurlar barədə düzgün və ətraflı məlumat verilməsi;
- Müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və sistemdə qeydiyyata alınması;
- Müştəri sorğularının operativ şəkildə cavablandırılması və həllinin izlənilməsi;
- Müraciətlər üzrə hesabatların hazırlanmasında iştirak;
- Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərilməsi.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Rus və/və ya ingilis dili biliyi orta səviyyədə;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Güclü ünsiyyət və dinləmə bacarığı;
- Müştəriyönümlülük, məsuliyyətlilik və operativlik;
- Stressli vəziyyətlərdə işləmək bacarığı;
- Məlumatları düzgün və aydın şəkildə təqdim etmək bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat Mərkəzi üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.