Məlumat Mərkəzi üzrə Mütəxəssis

  • Истекает 19 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

"SAMT" MMC-də "Məlumat Mərkəzi üzrə Mütəxəssis " vakansiyası mövcuddur.

İş yeri: Sumqayıt / Xızı

Əsas öhdəliklər:

  • Məlumat mərkəzinə daxil olan müraciətlərin telefon, e-mail və digər kanallar vasitəsilə qəbul edilməsi;
  • Müştərilərə məhsul, xidmət və prosedurlar barədə düzgün və ətraflı məlumat verilməsi;
  • Müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və sistemdə qeydiyyata alınması;
  • Müştəri sorğularının operativ şəkildə cavablandırılması və həllinin izlənilməsi;
  • Müraciətlər üzrə hesabatların hazırlanmasında iştirak;
  • Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərilməsi.

​​​​​​​Tələblər:

  • Ali və ya orta ixtisas təhsili; 
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; 
  • Rus və/və ya ingilis dili biliyi orta səviyyədə; 
  • MS Office proqramları ilə işləmək bacarığı; 
  • Güclü ünsiyyət və dinləmə bacarığı; 
  • Müştəriyönümlülük, məsuliyyətlilik və operativlik; 
  • Stressli vəziyyətlərdə işləmək bacarığı; 
  • Məlumatları düzgün və aydın şəkildə təqdim etmək bacarığı.

​​​​​​​Şirkət tərəfindən verilən imtiyazlar:

  • Nahar;
  • Könüllü tibbi sığorta;
  • Servis nəqliyyatı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumat Mərkəzi üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly467
  • Monthly1645