Şirkətimizə məsuliyyətli və təcrübəli Yük avtomobili sürücüsü axtarılır.
İş yeri: Sumqayıt, Xızı
İş qrafiki: Növbəli iş qrafiki
Əsas vəzifələr
- Müəssisəyə məxsus yük avtomobilini verilmiş tapşırıqlar əsasında idarə etmək;
- Malların, materialların, avadanlıqların və digər yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
- Yükün düzgün yerləşdirilməsinə, bərkidilməsinə və bütövlüyünün qorunmasına nəzarət etmək;
- Avtomobili reysdən əvvəl texniki baxışdan keçirmək və sazlığını yoxlamaq;
- Aşkar edilmiş nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək;
- Müəyyən edilmiş marşrut, sürət və təhlükəsizlik qaydalarına riayət etmək;
- Yanacaq və istismar materiallarından səmərəli istifadə etmək;
- Yol-nəqliyyat hadisəsi və digər fövqəladə hallarda rəhbərliyə dərhal məlumat vermək;
- İşin sonunda avtomobili müəyyən edilmiş ərazidə saxlayaraq açar və sənədləri təhvil vermək.
Tələblər
- Qoşqulu yük avtomobili idarə etmək üzrə(C1E kateqoriyalı sürücülük vəsiqəsi) iş 2-3 il iş təcrübəsi;
- Yük avtomobili idarəçiliyi üzrə iş təcrübəsi;
- Məsuliyyətli və intizamlı olmaq;
- Yol hərəkəti və təhlükəsizlik qaydalarını bilmək.
Şirkət tərəfindən təklif olunur
- Nahar təminatı;
- Sığorta təminatı;
- Servis/daşınma xidməti.
Maraqlanan namizədlər CV-lərini “Yük avtomobili sürücüsü” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.