Yük avtomobili sürücüsü

  • Истекает 6 ноябрь 2026

Şirkətimizə məsuliyyətli və təcrübəli Yük avtomobili sürücüsü axtarılır.

İş yeri: Sumqayıt, Xızı

İş qrafiki: Növbəli iş qrafiki

Əsas vəzifələr

  • Müəssisəyə məxsus yük avtomobilini verilmiş tapşırıqlar əsasında idarə etmək;
  • Malların, materialların, avadanlıqların və digər yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
  • Yükün düzgün yerləşdirilməsinə, bərkidilməsinə və bütövlüyünün qorunmasına nəzarət etmək;
  • Avtomobili reysdən əvvəl texniki baxışdan keçirmək və sazlığını yoxlamaq;
  • Aşkar edilmiş nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək;
  • Müəyyən edilmiş marşrut, sürət və təhlükəsizlik qaydalarına riayət etmək;
  • Yanacaq və istismar materiallarından səmərəli istifadə etmək;
  • Yol-nəqliyyat hadisəsi və digər fövqəladə hallarda rəhbərliyə dərhal məlumat vermək;
  • İşin sonunda avtomobili müəyyən edilmiş ərazidə saxlayaraq açar və sənədləri təhvil vermək.

Tələblər

  • Qoşqulu yük avtomobili idarə etmək üzrə(C1E kateqoriyalı sürücülük vəsiqəsi) iş 2-3 il iş təcrübəsi;
  • Yük avtomobili idarəçiliyi üzrə iş təcrübəsi;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Yol hərəkəti və təhlükəsizlik qaydalarını bilmək.

Şirkət tərəfindən təklif olunur

  •  Nahar təminatı;
  •  Sığorta təminatı;
  •  Servis/daşınma xidməti.

Maraqlanan namizədlər CV-lərini “Yük avtomobili sürücüsü” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly238
  • Monthly489