İş barədə məlumat:
- Şöbə/Bölmə: Pərakəndə Satış
- Təhsili: Orta texniki və ya ali təhsil
- İş təcrübəsi: minimum 1-2 il
- Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Mağaza müdiri
Əsas tələblər:
- Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
- Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
- Əlavə: Satış və müştəri xidməti üzrə təlimlərdə iştirak, məhsul portfeli üzrə ilkin biliklər, təqdimat və aktiv ünsiyyət bacarığı
Təklif:
- Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
- Nahar şirkət tərəfindən təmin edilir.
- Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
- Əmək haqqı: 700 azn + bonus
Vəzifə öhdəlikləri:
Müştəri və satış fəaliyyəti:
- Müştəriləri qarşılamaq, məhsul və xidmətlər barədə ətraflı məlumat təqdim etmək
- Müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsul həlləri təklif etmək
- İlkin və təkrarlanan satışları təşviq etmək və müştəri məmnuniyyətini təmin etmək
- Məhsul təqdimatı zamanı diqqəti cəlb edən üsullardan istifadə etməklə satışları artırmaq
- Müştəri şikayətlərini operativ və düzgün formada həll etmək
Satış planı və hesabatlar:
- Aylıq satış planlarını və hədəflərini yerinə yetirmək üçün aktiv satış fəaliyyəti aparmaq
- Həftəlik və aylıq satış nəticələri barədə rəhbərliyə hesabat təqdim etmək
- Müşahidə edilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək
İş prosesləri və prosedurlar:
- Mağazada məhsulların yerləşdirilməsi, vizual qaydalar və prosedurlara uyğunluğa riayət etmək
- Satış sonrası dəstək göstərmək (məhsul qaytarılması və ya dəyişdirilməsinin izlənməsi)
- Stokda mövcud olmayan məhsullar üzrə alternativ təkliflər hazırlamaq
- Vəzifəyə aid bilikləri artırmaq və təlimlərdə iştirak etmək
- Şirkətin dress-code və nizam-intizam qaydalarına riayət etmək
Səriştə və bacarıqlar:
- Ünsiyyət bacarığı: müştəri ilə səmərəli və aydın ünsiyyət qurmaq bacarığı
- Müştəri yönümlülük: müştəri ehtiyaclarını düzgün müəyyən edərək məmnuniyyəti təmin etmək
- Məhsul və satış bilikləri: məhsul xüsusiyyətlərini təqdim etmək və satış texnikalarından istifadə etmək
- Komanda ilə işləmək: kollektivdə əməkdaşlığı təmin etmək və ümumi hədəflərə fokuslanmaq
- Stressə davamlılıq: yüksək iş tempində və gərgin situasiyalarda çalışmaq bacarığı
CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.