Sapphire Hotels Group Sapphire Hotels Group
  • 960

Sapphire Hotels Group

Digər

Satış üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə menecer

  • Deadline 12 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qeyd - Hotel təcrübəsi mütləqdir

İş yeri: Sapphire Bayıl Hotel

Vəzifə öhdəlikləri:

  • Hotellər üçün korporativ satışların inkişaf etdirilməsi və artırılması;
  • Korporativ müştərilər və səyahət agentlikləri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması və qorunması;
  • Yeni korporativ hesabların müəyyən edilməsi və cəlb edilməsi, mövcud müştərilərlə əməkdaşlığın aktiv saxlanılması;
  • Satış hesabatlarının hazırlanması və bazar təhlilində iştirak;
  • Marketinq və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri məmnuniyyətinin təmin olunması.

Namizədə tələblər:

  • Hotelçilik və qonaqpərvərlik sənayesində satış və müştəri əlaqələri üzrə ən az 2-3 il praktiki təcrübə (Hotel sektorunda satış bacarıqları və praktiki təcrübə vacib hesab olunur);
  • Müştəri yönümlü yanaşma, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə bilik və bacarıq;
  • Analitik düşüncə, planlaşdırma və nəticə yönümlü iş prinsipi;
  • MS Office və CRM proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili səlis, həmçinin Rus və İngilis dillərində yazılı və şifahi yüksək ünsiyyət bacarığı.

İş şəraiti:

  • İş rejimi 5 günlük;
  • İş saatları: 09:00-18:00;
  • Vəzifə üzrə əmək haqqı: 1500-1700 AZN

Təminatlar:

  • Şirkət qaydalarına uyğun müvafiq endirimli xidmətlər;
  • Şirkət tərəfindən nahar təminatı; 
  • Xidməti telefon və mobil nömrə.

CV-nizi mövzu hissədə “Satış üzrə menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily9
  • Weekly110
  • Monthly1289