Vəzifə öhdəlikləri
- Müəssisədə istifadə olunan 1C sisteminin gündəlik fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilər tərəfindən yaranan texniki və funksional problemlərin həllində iştirak etmək və onların operativ aradan qaldırılmasını təmin etmək;
- 1C proqramında yaranan dəyişiklik və təkmilləşdirmə tələblərini toplamaq, proqramçıya təqdim etmək və icrasını izləmək;
- Yeni işçilərə 1C proqramından istifadə qaydaları üzrə təlim keçmək və istifadəçilərə gündəlik dəstək göstərmək;
- Mühasibat, anbar, istehsalat, satış və digər şöbələrin 1C sistemində düzgün işləməsinə nəzarət etmək;
- Yeni funksiyaların və dəyişikliklərin sınaqdan keçirilməsində iştirak etmək;
- İstifadəçi təlimatlarının hazırlanmasını və yenilənməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İqtisadiyyat və ya əlaqəli sahələr);
- 1C proqramı ilə iş təcrübəsi;
- 1C 8.3 platforması və əsas konfiqurasiyalar üzrə bilik;
- Mühasibat, anbar və istehsalat uçotu üzrə ümumi biliklər;
- Analitik düşünmə, məsuliyyətlilik və problemləri operativ həll etmə bacarığı.
İş şəraiti
- Əmək haqqı: (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müzakirə edilə bilər);
- Məşğulluq növü: Tam ştat / AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 6 günlük (09:00-18:00 şənbə günü 09:00-13:00)
- İstirahət günləri: Şənbə və Bazar (rəsmi bayram günləri);
- Qidalanma və işçilər üçün serviz avtobuzu var.
- Ünvan: Qəbələ, Savalan Şərab Zavodu.
Əlaqə: +994 70 600 72 22 (Elşad bəy)