Scandens Scandens
  • 338

Scandens

Səhiyyə

Anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar

  • Deadline 3 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gələn malların miqdarı və keyfiyyətinin sifariş sənədlərinə uyğunluğunu yoxlamaq və hər hansı uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək.
  • Malların yüklənməsi və boşaldılması zamanı düzgün fiziki əməliyyatları yerinə yetirmək və etibarlı sənədləşməni təmin etmək.
  • Anbar daxilində məhsulların kateqoriyalar üzrə düzgün şəkildə yerləşdirilməsini və işarələnməsini təmin etmək.
  • Anbar sahəsinin səliqə və təhlükəsizlik baxımından daimi yoxlanmasını həyata keçirmək və potensial riskləri müəyyən edərək qabaqlayıcı tədbirlər görmək.
  • Tələb olunduqda, daşımalar üçün məhsulların qablaşdırılması, etiketlənməsi və göndərişə hazırlanması işlərini yerinə yetirmək.
  • Günlük, həftəlik və aylıq inventar hesabatları üçün ilkin məlumatları toplamaq və rəhbərliyə təqdim etmək.
  • Təhlükəli və tez xarab olan məhsulların xüsusi saxlama qaydalarına uyğun olaraq idarə edilməsini təmin etmək.
  • Anbarla bağlı istifadə olunan avadanlıq və texnikanın (araba, forklift və s.) düzgün işləməsini yoxlamaq və nasazlıq hallarında məsul şəxslərə məlumat vermək.
  • Bilik və bacarıqlarına uyğun olaraq rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Bakalavr dərəcəsi.
  • Müvafiq sahədə 2 il iş təcrübəsi.
  • Microsoft Office proqramları (Word və Excel).
  • Azərbaycan dilini bilməli, ingilis dili orta səviyyədə olmalıdır.
  • Güclü problem həll etmə bacarığı və mürəkkəb əməliyyatları idarə etmək qabiliyyəti.
  • Diqqətlilik və təzyiq altında dəqiqliyi qorumaq bacarığı.
  • Təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları.
  • Anbar əməliyyatlarının bütün mərhələlərində Good Distribution Practice (GDP) və Good Manufacturing Practice (GMP) tələblərinə uyğunluğun təmin edilməsi.
  • Anbarda temperatur və rütubət göstəricilərinin gündəlik olaraq izlənilməsi və qeydiyyata alınması; hər hansı sapma halında Keyfiyyətə Nəzarət (QA) və ya məsul şəxsə məlumat verilməsi.
  • Zərərvericilərə qarşı nəzarət və gigiyena ilə bağlı müşahidələrin məsul şəxsə bildirilməsi.
  • Anbar İdarəetmə Sistemlərindən (WMS) və ya ERP proqram təminatından (məsələn, SAP) istifadə edərək ehtiyatların izlənilməsi və sənədləşdirilməsi bacarığı.
  • Hər hansı bir yayınma, spesifikasiyadan kənar nəticə (OOS) və ya trendlərdən kənar müşahidə (OOT) olduqda dərhal rəhbərliyə və ya QA komandasına məlumat verilməsi.

Üstünlüklər:

  • Servis avtobusu
  • Nahar
  • Paşa Sığorta
  • Paşa Həyat (Yığım sığortası)

İş Şəraiti:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • İş yeri: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı–Şamaxı magistralından 15 km məsafədə

Maraqlanan namizədlər CV-lərini birbaşa LinkedIn üzərindən və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər və mövzu hissəsində “Anbardar” vəzifəsinə müraciət etdiklərini qeyd etməlidirlər.

Qeyd: İş tələblərinə uyğun gəlməyən və ya son müraciət tarixindən sonra müraciət edən namizədlərin müraciətlərinə baxılmayacaq.

  • Daily1
  • Weekly559
  • Monthly384