Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə və mühasibat uçotunun beynəlxalq və yerli qanunvericiliyə uyğun təşkil edilməsi
- ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
- Bank əməliyyatlarının icrası və pul vəsaitlərinin hərəkətinə nəzarət
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanmasının təmin edilməsi
- Daxili və xarici audit yoxlamalarına hazırlığın aparılması və müvafiq hesabatların təqdim edilməsi
- Mühasibatlıq komandası ilə effektiv əməkdaşlığın qurulması və onların fəaliyyətinə nəzarət
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil.
- Aparıcı/Böyük mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi.
- Vergi Məcəlləsi və mühasibat uçotu standartları üzrə dərin biliklər.
- 1C, SAP və digər mühasibat proqramlarında işləmək bacarığı.
- Dəqiq, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq.
- İşi planlaşdırmağı və işi vaxtında təhvil verməyi bacarmaq.
- Son dərəcə məsuliyyətli olmaq və məxfi məlumatlarla işləməyi bacarmaq.
İş şəraiti:
- İş saatları: həftənin 5 günü, 09:00-dan 18:00-a kimi;
- İş yeri: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı magistral yolu 15 km.
Faydaları:
- Servis avtobusu
- Nahar
- Paşa Sığorta
- Paşa Life qoşulma imkanı.
Vakansiya haqqında:
- Vəzifə növü: Tam iş günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən mövzu yerində vəzifənin adını (Aparıcı/Böyük mühasib) qeyd etməklə öz CV-lərini email ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Sumqayıt şəhər, Abşeron və Binəqədi rayonunda yaşayanlara üstünlük verilir.
İş tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan təlimatlara əməl etməyən və ya göstərilən müddətdən sonra müraciət edən namizədlərin müraciətlərinə baxılmayacaq.