Tələblər:
- Orta təhsil
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
- Microsoft Office (Excel, Word) proqramlarında işləmə bacarığı
- Diqqətli, məsuliyyətli
- Komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
- Texnoloji proses üzrə məlumatların toplanması, emalı və təqdim edilməsi.
- İş yerindən avadanlıqların operativ idarə edilməsi (işə salınması, dayandırılması, sazlamaların dəyişdirilməsi).
- Sistem parametrlərinin və vəziyyətinin monitorinqi, siqnallara və nasazlıqlara operativ reaksiya
- Texniki heyətlə sıx əməkdaşlığın həyata keçirilməsi.
- Mühəndislər və texniklərlə əməkdaşlıq çərçivəsində nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması.
- Çillerlər, qazanlar, sıxılmış hava sistemləri, ventilyasiya, isti su təchizatı və soyuq su təchizatı kimi kommunal avadanlıqlar barədə ümumi məlumat.
- Daxili əmək qaydalarına riayət etmək.
- Əmək və istehsal intizamına əməl etmək.
- Təhlükəsizlik və yanğın təhlükəsizliyi təlimatlarına riayət etmək.
- Məsuliyyəti çərçivəsində olan bütün avadanlıq və obyektləri təmiz, sanitariya baxımından uyğun və təhlükəsiz vəziyyətdə saxlamaq.
- SƏTƏMM qaydalarına və yanğın təhlükəsizliyi təlimatlarına əməl etmək. Hər hansı təhlükəli vəziyyətləri bildirmək.
Üstünlüklər:
- Servis xidməti
- Nahar
- Paşa Sığorta
- Paşa Həyat (Yığım sığortası)
İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü, saat 09:00–18:00
- İş yeri: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı–Şamaxı magistral yolundan 15 km məsafədə
Tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Monitorinq sistemi operatoru” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.