İşin təsviri:
- Zəmanət hallarını qeydə almaq, lazımi sənəd, şəkillər və digər materialları toplamaq.
- Zəmanət iddialarını istehsalcı zavodun sisteminə yerləşdirmək. Bu iddiaların təsdiqini və odənişini daima nəzarətdə saxlamaq.
- Baş usta ilə birlikdə avtomobillərə texniki baxış və foto/video çəkilişlərin aparılması.
- İstehsalçı ilə odənişlərin nəzarəti ucun mutəmadi uzləşmələrin keçirilməsi.
Vəzifə öhdəlikləri:
- Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
- Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
- Maşınlar təmirdə olan müddət iş prosesini izləmək;
- İstehsalçının müəyyən etdiyi normativə uyğun şəkildə zəmanət hadisəsini sənədləşdirmək;
- İstehsalçı tərəfdən müəyyən edilmiş vaxt ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
- Geri qaytarılan zəmanət iddialarının müəyyən edilmiş vaxt ərzində yenidən sistemə daxil edilməsi üçün lazımi məlumatlar toplamaq və düzəlişlər etmək;
- Zəmanətlə dəyişilən ehtiyat hissəsini istehsalçı tələbinə uyğun saxlamaq;
- Ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
- Ehtiyat hissələrin sifarişlərini vaxtında ehtiyat hissələri şöbəsinə email vasitəsi ilə qöndərmək;
- İstehsalçının zəmanət şərtlərini və ümumi zəmanət siyasətini yüksək səviyyədə bilmək;
- Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
- Bütün zəmanət iş kartlarına nəzarət etmək;
- Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
- Müştəri və usta heyəti ilə ünsiyyət qurmaq;
- Müştərilərə qüsurların yaranması və onların aradan qaldırılması, eləcə də təmir prosessin qedişatı ilə bağli düzqün məlumatlar vermək;
- Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
- Müştəri siyahısında olan avtomobillərin mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
- ERP-də iş kartlarını açmaq, istehsalçının tələblərinə uyğun olaraq, işçiliklərin və ehtiyat hissələrin təmir kartlarına vurmaq;
- Satışsonrası şöbənin diqər işlərin icra olunmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək
Tələblər:
- Analoji sahədə 1 il iş təcrübəsi;
- Avtomobil sahəsində texniki biliklər;
- 1C ERP bacarığı;
- Komandada işləmək bacarığı və kommunikativlik;
- Ali təhsil;
- Operativlik, dəqiqlik və səliqə;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis səlis;
- Sürücülük vəsiqəsi;
- Müştəri ilə işləmək bacarığı;
- Ünsiyyətcil;
- Kompüterdə sərbəst işləmək bacarığı;
- İnkişafa meyilli;
- Öz üzərində işləyən;
- Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Yaş həddi 25-35 arası.
Əmək şəraiti:
- 6 günlük iş rejimi;
- Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Zəmanət üzrə mütəxəssis" yazmaqla Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.