Şöbə: Texniki Departament / Planlama və Xərclərə Nəzarət şöbəsi
İş yeri: Bakı şəhəri, Nardaran qəsəbəsi
Əsas vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin iş planlarının (baseline schedule) hazırlanması və mütəmadi yenilənməsi;
- Faktiki icra ilə planlaşdırılmış cədvəllərin müqayisəsi, analiz olunması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Layihə gecikmələrinin səbəblərinin araşdırılması, müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması;
- Aylıq, həftəlik və gündəlik hesabatların (progress report, s-curve, histogram və s.) hazırlanması;
- Layihə üzrə resurs planlaması və performansın izlənilməsi;
- Podratçıların planlamalarının koordinasiyası və icrasına nəzarət;
- Layihənin kritik yolunun (critical path) müəyyənləşdirilməsi və izlənilməsi;
- İcra planları və dəyişikliklər barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Layihə üzrə təchizat qrafiklərinin hazırlanması.
Namizədə olan tələblər:
- İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya oxşar mühəndislik ixtisası üzrə ali təhsil;
- Minimum 5 il tikinti layihələrində planlama üzrə iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dili bilikləri arzuolunandır;
- Analitik düşüncə, planlama və təşkilatçılıq bacarığı;
- Komandada işləmə bacarığı.
Proqram bilikləri:
- Primavera P6
- MS Project
- AutoCAD
- MS Excel və digər MS Office proqramları
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcək;
- Nahar və servis xidməti;
- Könüllü tibbi sığorta (şirkət siyasətinə uyğun olaraq).
Müraciət qaydası:
Vakansiyaya müraciət etmək üçün CV-nizi mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.