Sea Breeze Delivery – Bakı şəhəri, Nardaran qəsəbəsində, Sea Breeze ərazisində fəaliyyət göstərən marketlər şəbəkəsidir. Marketlərimiz gündəlik tələbat məhsullarının (ərzaq və qeyri-ərzaq mallarının) pərakəndə satışı ilə məşğuldur.
Namizədlər market mühitində işləməyə hazır olmalı, satış və ya xidmət sahəsində təcrübəyə malik olmalıdırlar. Bütün vakansiyalar birbaşa market daxilində işlə bağlıdır.
Öhdəliklər:
- Nağd və POS ödənişlərin qəbul edilməsi
- Kassanın düzgün idarə olunması və gündəlik hesabatların aparılması
- Kassa əməliyyatlarında dəqiqliyin təmin edilməsi
- Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət
Tələblər:
- Rus və ingilis dillərini bilmək arzuolunandır
- Kassir və ya oxşar sahədə minimum 2-3 il iş təcrübəsi
- Diqqətli, məsuliyyətli və dürüst olmaq
- Stressə davamlılıq və operativlik
- Ali təhsil üstünlükdür
İş şəraiti:
- İş qrafiki: Növbəli iş rejimi (shift sistemi)
- Əmək haqqı: Razılaşma yolu ilə
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən
İş yeri (ünvan): Sea Breeze, Bakı şəhəri, Nardaran qəsəbəsi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə - 0992052328